“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də-nazirliyin bölmələrində, “Artsax Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı, məxfi əmr imzalayıb”.

Bu barədə, ölkə mətbuatının yazdıqlarına istinadən, araz.az xəbər verir ki, bunu düşmən ölkənin nüfuzlu “Hraparak” qəzeti yazıb. Bu media vasitəsinin əldə etdiyi məlumata görə, nazirin imzaladığı məxfi əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.

Həmin mətbu nəşrin yazdığına görə, nazir Suren Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında hədsiz dərəcədə narazılıq yaradıb. Lakin onlar arasında da, Ermənistandakı bir çox vəzifəli şəxslər kimi, işdən çıxarılacaqlarından qorxaraq, susmağa üstünlük verənlər çoxluq təşkil edir.

Düşmən ölkənin mətbuat vasitələrinin bu barədə yazdıqları digər məlumatlara görə, nazirin əmri əleyhinə gedən bütün hərbçiləri, eləcə də hərbi vəzifə sahiblərini, hərbi qanunların sərt maddələrinin tələbləri çərçivəsində ən ciddi cəzalar gözləyir. Və ermənilər tezliklə bunun da şahidi olacaqlar.

Bu qadağanın məna böyüklüyü barədə yazan media vasitələri isə, xüsusi olaraq onu vurğulayırlar ki, bu barədə tezliklə geniş yazacaqlar və bundan sonra, düşmən ölkə camaatı, bu “məna böyüklüyü” ifadəsinin nə demək olduğunu da, tam anlayacaq.

Vaqif ƏHMƏDOV,
araz.az xəbər portalı.

araz.az xəbər portalı.