Ermənilər növbəti dəfə əsəbləşib.

araz.az adalet.az-a istinadən xəbər verir ki, bu dəfə erməniləri əsəbləşdirən hökumətin növbəti qərarı olub. Erməni mediası yazır ki, bütün dövlətlərarası və icma yollarında qoyulmuş xaçları, xatirə daşlarını, xaçkarları, abidələri məhv etmək üçün növbəti əxlaqsız qərar qəbul edib:” Dünən bələdiyyə hökumətləri ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyandan belə bir məktub alıb.

Məktubda bildirilir: “Ermənistan Respublikasının dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında könüllü şəkildə tikilmiş (yerləşdirilmiş) xatirə daşlarının, xaçların və xaçkarların sökülməsi üçün hər kəsdən regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etməyi xahiş edirəm”.

“Nraparak “ nəşri hadisəyə reaksiya sərgiləyib: Bu qərar yerli hakimiyyət orqanlarını şoka saldı, onların fikrincə, milli və dövlətlərarası yolların xristian simvollarından “təmizlənməsi” qərarı türklər və azərbaycanlılarla barışıq naminə yolların bağlanması öhdəliyi kontekstində qəbul edilib. Nikol Paşinyan yəqin ki, söz verib ki, onlar sərbəst şəkildə Ermənistana gəlib-gedəndə yollarda arzuolunmaz erməni xristian simvollarına rast gəlməyəcəklər”-deyə vurğulayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.