tehsil1jpg 1608719867

İlqar Orucov: “Birdən-birə Azərbaycanda universitetlərdə müxtəlif fakültələrin yaradılması mümkün deyil”

Beynəlxalq təhsil və elm aləmində reytinq müəyyənləşdirən bir neçə akademik qurum var. Həmin qurumlar oturuşmuş kriteriyaları və qiymətləndirmə mexanizmi ilə hər il dünya universitetlərinin beynəlxalq reytinq sıralamasını aparır. Həmin sıralamada diqqət çəkən məqamlardan biri də Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində yer almamasıdır.

araz.az baki-xeber.com-a istinadən xəbər verir ki, bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, ali məktəblərin top universitetlər siyahısına düşməsi mümkün deyil. E.Əmrullayev qeyd edib ki, bizim universitetlərdə spesifik sahəyə yönəlik təhsil verilir: “Bu gün top reytinq cədvəlinə düşən universitetin mütləq qaydada tibb, təbiət elmləri sahəsinə aid fakültələri olmalıdır. Bu olmadan top 500-lük siyahıya düşmək o qədər də real deyil. Bu, 2026-cı ilə qədər nəzəri mümkün olsa da, praktiki mümkün deyil. Azərbaycanda ali təhsil müəssisələrinin çoxu dar profilli universitetlərdir. Milli Konservatoriya, Bakı Musiqi Akademiyası dünyanın top 500 universiteti arasında olmağa layiqdir, amma təəssüf ki, onları o siyahıda görə bilməyəcəyik. Çünki universal deyillər. Yaxud da dil üzrə ixtisaslaşmaq baxımından Bakı Slavyan Universiteti o siyahıda ola bilərdi, amma universal olmadığı üçün siyahıdan kənar qalır. O sıraya qismən geniş profilli Bakı Dövlət Universiteti düşə bilərdi, amma onun da tibb fakültəsi yoxdur. Buna görə ölkəmizin ali təhsil müəssisələrinin adlarını top 500 siyahısında görmək çətindir”.

Maraqlıdır, Azərbaycan universitetləri dünya reytinqində niyə irəliləyə bilmir?

  • “Bu gün Azərbaycanda universitetlərin dar profildə fəaliyyəti də reytinqdə irəliləməyə müəyyən qədər mane olur”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekepert İlqar Orucov bildirdi ki, Azərbaycan universitetlərinin dünyanın top 100 univeristetinin siyahısına düşməsi arzu və hədəf ola bilər: “Bunun üçün universitetlərin hazırlığı aparılmalıdır, ali təhsil müəssisələri bəlli parametrlərə cavab verməlidir. Azərbaycan ali təhsil müəssisələri dünya universitetlərinin reytinqində orta yerdə qərarlaşa bilsə, bu bizim üçün uğurdur. Dünyada elə universitetlər var ki, orada 15 Nobel mükafatçısı, dünya səviyyəli alimlər çalışır. Azərbaycan universitetlərin reallığını nəzərə alsaq bu mümkün deyil. Həmin universitetlərin milyonlarla dollar büdcəsi var. Hətta elə universitetlər var ki, büdcəsi bizim dövlət büdcəmizdən dəfələrlə artıqdır. Onların dünyanın top 100-lükdə yer alması da normaldır. Ona görə, Azərbaycan ai təhsil müəssisələrini həmin universitetlərlə müqayisə etmək düzgün deyil”.

Ekspert hesab edir ki,  bu gün Azərbaycanda universitetlərin dar profildə fəaliyyəti də reytinqdə irəliləməyə müəyyən qədər mane olur: “Onu da nəzərə almaq lazımdır ki, birdən-birə Azərbaycanda universitetlərdə müxtəlif fakültələrin yaradılması mümkün deyil. Azərbaycan Tibb Universitetində mühəndis hazırlasaq dünya reytinqinə düşə bilərik. Azərbaycanda yalnız bir universitetdə tibb təhsilinin verilməsi düzgün deyil. Amma bu o demək deyil ki, bütün universitetlərdə fərqli fakültələr yaratmaq səmərə verəcək. Məsələn, Texniki Universitetdə tibb üzrə mütəxəssis hazırlamaq mümkün deyil”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.