Tanınmış jurnalist, TNS saytının qurucusu və baş redaktoru Naxçıvan Ali Məhkəməsi tərəfindən bəraət hökmü alıb.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, bunu Tural Səfərovun özü də etiraf edib.
O, əməkdaşımızla söhbətində bildirib ki, bu gün saat 11-də başlayan məhkəmə Naxçıvan şəhər Məhkəməsinin Tural Səfərov barədə qaldırdığı cinayət işini əsassız sayıb və ona bəraət verib.
Qeyd edək ki, Tural Səfərov Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin iddiası əsasında 2021-ci ilin iyun ayında həbs edilmişdi. O, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, 4 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası isə 2 fevral 2023-cü ildə jurnalistin bəraət verilməsi üzrə kassasiya şikayətinə baxmış, onun barəsində çıxarılmış hökmün heç bir hüquqi əsası olmadığını qənaətinə gəlmiş, yenidən baxılması üçün işi Naxçıvan Ali Məhkəməsinə göndərimişdi. Naxçıvan Ali Məhkəməsi isə son sözünü bu gün dedi.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.