Zahid OOR

“Fazil Mustafaya 7-8 güllə atılıb. Bu, onun həyatına edilən sui-qəsddir”.

araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən “Report”a deyib.

“Bu sui-qəsdin təbii ki, siyasi səbəbləri var. Kimlərsə 90-cı illərlə bu dövrü səhv salır, o vaxt da siyasi terrorlar baş alıb gedirdi. Həm də Qarabağ müharibəsindən sonra əksər adamlarda silah var idi. O silahlarla daxildə müxtəlif hücumlar həyata keçirirdilər”, – Z. Oruc bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.