ABŞ tarixində ilk dəfə hakim qarşına çıxarılacaq keçmiş prezident olaraq Donald Trampın tərəfdarlarına çağırışı Nyu-York polisini hərəkətə keçirib.

araz.az NTV-yə istinadla xəbər verir ki, sabah Donald Tramp porno ulduzu Stormi Danielslə cinsi əlaqədə olma və daha sonra susmaq üçün ona 130 min dollar rüşvət vermək və sair ittihamlarla bağlı hakim qarşısına çıxarılacaq.

Ona qarşı 30 başlıqdan ibarət ittiham altını prokuror Alvin Brag oxuyacaq.

Məlumata görə, Trampın tərəfdarları məhkəmə zamanı Nyu-Yorkda nümayiş keçirməyə hazırlaşır. Nümayişdə Respublikaçılar Partiyasının deputatlarının da iştirakı gözlənilir.

Məhz bu səbəbdən Nyu York Polis Departamenti məhkəmə günü şəhərdə təhlükəszliyi yüksək səviyyəyə çatdıracaq: “Artıq sabah polislərə verilən bütün icazələr ləğv  edilib. Bir sözlə, 38 minlik polis təşkilatı bir nəfər kimi, həmin günü ayaqda olacaq”.

Yeri gəlmişkən,  Tramp  və təmsil olunduğu partiya irəli sürülən ittihamları qondarma sayır.

Tramp açıqlamasında irəli sürülən ittihamı “siyasi oyun” adlandırıb və bunu qarşıdan gələn prezident seçkilərinə qatılmasına mane olmaq cəhdi ilə izah edib: “Bu, indidən “seçkilərə müdaxilə”dir…”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.