Kənd təsərrüfatı naziri İnam Kərimovun gözlənilmədən Ali Məhkəmə sədri təyinatı birmənalı qarşılanmayıb.

Buna səbəb isə qanunvericiliklə onun yuxarı instansiya məhkəməsinə təyinatına olan qadağadır.

araz.az  qeyd edir ki, bu barədə, tanınmış vəkil Elçin Sadıqov gununsesi.info-ya açıqlama verib. Bildirilib ki, İnam Kərimovun Qərb təhsilli hüquqşünas olması,  hüquq sahəsində müəyyən təcrübəsi olmasına baxmayaraq, onun məhkəmə praktikası  yoxdur: “Ali Məhkəmə hakimi elə bir vəzifədir ki, mütləq hakimlik təcrübəsi olmalıdır. Bununla belə hesab edirəm ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin mövcud reallıqları imkan vermir ki, yeni sədrdən hansısa müsbət gözləntilər olsun”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.