Azərbaycanda 10 şirkət “Gilan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN – 1400130241) birləşir.
araz.az xəbər verir ki, “Gilan” MMC ilə bağlı məlumatlar daha əvvəl Vergilər Xidmətinin reyestr məlumatlarında açıq olsa da, hazırda bu məlumatlar gizlədilib.
Qeyd edək ki, “Gilan” MMC 24.08.2004-cü ildə dövlət qeydiyyatına alınıb. 2020-ci ilin məlumatlarına görə MMC-nin nizamnamə kapitalı 776 milyon 388 min 444 manat olub. Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov pr., ev 206, mən. 466-da yerləşir. “Gilan”ın qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.
Qeyd edək ki, Nəriman Nərimanov pr., ev 206 ünvanında vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi “Gilan Holdinq”ə bağlı şirkətlər yerləşib. MMC-nin qanuni təmsilçisi Cəmil Muradov “Gilan Holdinq”ə bağlı onlarla şirkətə rəhbərlik edib. Eyni zamanda Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.
“Gilan” MMC-yə birləşən şirkətlər aşağıdakılardı:
1.” Bel az servis” MMC ( VÖEN:1300858401)
2. “AGS” MMC ( VÖEN: 3400287141)
3. “Jalə” uşaq bağçası (VÖEN: 4400677191)
4. “Tovuz Qida Məhsulları Müəssisəsi” MMC (VÖEN: 7301189921)
5. “Baku Rendering” MMC (VÖEN: 1304555431)
6. “Bahçeci Bakı Qadın Sağlamlıq Mərkəzi” MMC (VÖEN: 1303908471)
7. “D.S. Dynamic Soft” MMC (VÖEN: 1303803011)
8. “Dizayn+” MMC (VÖEN: 2000982041)
9. “Events Managment Azerbaijan” MMC (VÖEN: 1304737151)
10. “Gilan Aqro” MMC (VÖEN: 1402468001)
araz.az xəbər portalı.
araz.az xəbər portalı.