İlkin Süleymanovu çox ağır cinayətdə (millət vəkili Fazil bəy Mustafaya qarşı terrorda) şübhəli biliblər. Həbs ediblər. Sonra ortaya çıxan sübutlar bu ittihamları dağıdıb. İstintaq bu orqanı ittihamları onun üzərindən götürüb. Qalıb bircə narkotiklə bağlı ittiham. Bəlkə bu ittiham da aradan qalxacaq. Bəlkə də yox. Amma əvvəl şübhəli bilib sonra əksini deyən sübutlar ortaya çıxanda ittihamdan imtinada nə qəbahət var ki? Əksinə bu alqışlanmalıdır”.

araz.az    bildirir ki, bunu hüquqşünas Rəşid Hacılı yazıb.

Qeyd edək ki, deputata qarşı sui-qəsd cinayətinə görə, tutulan İlkin Süleymanovun hadisə baş verən zaman çayxanada olmasını əks etdirən görüntülər ortaya çıxıb.

Bu faktdan sonra prokurorluq onun üzərindən “vətənə xəyanət ” , və “casusluq” ittihamlarını götürüb.

Rəşid Hacılı deyir ki, əlbəttə, istintaq orqanı sərrast olsa yaxşıdır: “Amma hansısa səbəbdən kiminsə şübhəli bilinməsi qəbahət deyil. Qəbahət bu yanlışın aradan qaldırılmaması olardı.

Bəziləri deyirdi ki, kimi gəldi tutacaqlar. Sübuta-filana baxmayacaqlar. Belə görünür ki, istintaq İlkin Süleymanovun bu ittihamla bağlı alibisini nəzərə alıb.

Maraqlıdır, İlkin Süleymanovun alibisini təsdiqləyən videonun mənbəyi kimdir, bilən varmı?

Bu video istintaqamı verilib, ya mediaya ötürülüb, sonra istintaq mediadan götürüb? Ya istintaq özü mediaya ötürüb?.

Bilən varmı?

araz.az xəbər portalı.

araz.az xəbər portalı.