Bir müddət öncə fəaliyyətinə xitam verilmiş tanınmış prokuror Tariyel Qurbanova Müdafiə Sənayesi Nazirliyində vəzifə verilib.
araz.az xəbər verir ki, onun vəkili Adəm Məmmədov faktı təsdiq edib.
Vəkil bildirib ki, Tariyel Qurbanov müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub.
Qeyd edək ki, Tariyel Qurbanov daha əvvəl Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub. Baş Prokurorluqda idarə rəisinin müavini kimi çalışıb. Son olaraq Abşeron rayon prokurorluğunda işləyib.
Xatırladaq ki, Tariyel Qurbanovun 2023-cü il yanvarın 16-da öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.