İnsan haqları fəalı Lətafət Məlikova Kürdəmir Rayonunun Köhünlü kənd bələdiyyəsinin binasının mövcud durumu ilə bağlı Gununsesi.info-ya video və fotolar təqdim edib.

araz.az  bildirir ki, onun sözlərinə görə, bir neçə kəndin bələdiyyəsi olan Köhünlü bələdiyyəsinin binasında ümumiyyətlə fəaliyyət yoxdur. Daha doğrusu fəaliyyət üçün heç bir imkan yoxdur.

Onu da qeyd edək ki, dağılmış – nə tavanı, nə döşəməsi olan ancaq mal-qara saxlanılmasına yararlı olan bu binada hər hansı iş şəraitindən söhbət gedə bilməz. Ancaq binanın digər tərəfində adıçəkilən kəndin icra nümayəndəliyi  a yerləşdiyindən orada qismən şərait var.

Görünür, rayon icra hakimiyyəti üçün bələdiyyənin mövcudluğu formal xarakter daşıdığından bələdiyyə binasının mövcud durumu onları maraqlandırmır.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.