Tanınmış teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) 16 yaşlı Məhəmməd Hacıyevi onun xəstəxanadan çıxarması haqda məlumatlara aydınlıq gətirib.
araz.az xəbər verir ki, MTV-də yayımlanan “Ümid ilə gəl” verilişinin aparıcısı bu məsələ ilə bağlı açıqlama verib.
Tarix Əliyev deyib ki, Məhəmmədi xəstəxanadan o çıxarmır, qanun buna icazə vermir:
“Mənim heç bir ixtiyarım yoxdur ki, dövlətin müəssisəsinə gedib hər hansısa bir nəfəri oradan çıxarım. Bəzi jurnalistlər yazır ki, Məhəmmədi mən oradan çıxarmışam. Amma anlamırlar ki, Psixiatriya Xəstəxanasından kimisə kiminsə arzusu və ya xahişi ilə çıxarmaq olmaz. Onu xəstəxanadan qardaşı Əli çıxarıb, mən isə sadəcə yanlarında olmuşam”.
Verilişdə qonaq olan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də sözügedən hadisə ilə bağlı fikirlərini səsləndirib:
araz.az xəbər portalı.