“Ukrayna yaxın həftələrdə əks-hücuma başlayacaq”.
araz.az xəbər verir ki, bu barədə məlumatı ABŞ dövlət katibi Entoni Blinken yayıb.
O, ABŞ-ın digər müttəfiqləri ilə birgə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyi götürdüyünü bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna əks-hücuma başladığını bildirsə də, bunun nə vaxt olacağını açıqlamayıb.
Ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov əks-hücum planı haqqında dünyada cəmi 3-5 adamın məlumatlı olduğunu deyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.