Türkiyənin “ana müxalifət” partiyası CXP-nin 14 mayda keçiriləcək parlament seçkilərində namizədləri bəlli olub.
Partiyanın lideri, qarşıdakı prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Kamal Qılıncdaroğlunun son düzəlişlərindən sonra siyahı Yüksək Seçki Qurumuna təqdim etmək üçün təsdiqlənib və cəmiyyətə elan edilib. CXP içində Azərbaycanı sevən və iki qardaş dövlət arasında münasibətlərin ən yüksək həddə olması üçün çalışan, təcrübəli siyasətçi Tuncay Özkan İzmir Birinci Bölgə, ikinci sıradan TBMM üzvlüyünə namizəd göstərilib.
Əslən Ərzincanlı olan Özkan 1966-cı ildə Ankarada doğulub. Qazi Universitetinin Kommunikasiya fakültəsinin məzunudur və uzun müddət media sahəsində fəaliyyət göstərib, telekanal rəhbəri olub. 2007-ci ildə məşhur Cümhuriyyət Mitinqlərinin təşkilatçılarından olub. Fətullah Gülən şəbəkəsinin hədəfində olan və onlarla kitabın müəllifi olan Tuncay Özkan “Ergenokon davası”nda yarğılanaraq həbs edilib. 6 il Silivri cəza evində həbsdə qaldıqdan sonra 10 mart 2014-cü ildə azadlığa çıxıb.
2015-ci ildə keçirilən parlament seçkilərində indi yenidən namizəd göstərildiyi dairədən- İzmir Birinci Seçki Bölgəsindən TBMM üzvü seçilib.
CXP-nin və şəxsən Tuncay Özkanın həmin dairədə çox yüksək nüfuza malik olması onun yenidən parlamentdə təmsil olunacağına əminlik yaradır.
araz.az Azərbaycanın önəmli dostuna seçkilərdə uğurlar diləyir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.