Ermənistan və Azərbaycan tərəfləri arasında 15-20 dəqiqə ərzində intensiv atışma olub.
araz.az Olke.az-a istinadən xəbər verir ki, atışma nəticəsində Ermənistan tərəfi 3 itki verib, çoxlu sayda yaralı var.
İlkin məlumata görə, hazırda əməliyyat olunan yaralılar arasında Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gozalyan da var.
“Hraparak” eyni zamanda bildirir ki, ölənlərin sayı arta bilər, çünki erməni tərəfi hələ də yaralıları döyüş bölgəsindən çıxara bilməyib.
Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.