Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni baş direktor təyin edilib.

araz.az    medicina.az-a istinadən  xəbər verir ki, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə

Fərid Eyvazov Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub.
Fərid Eyvazov, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi işləyib.
2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib. Daha sonra isə “Bakı Bərpa Mərkəzi”ndə baş həkim olaraq çalışıb.
Xatırladaq ki, keçmiş direktor Surxay Musayev martın 1-də səhhəti səbəbilə ərizə yazaraq vəzifəsindən istefa edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.