“Bu gün “Böyük Ermənistan” ideyasının əbədi dəfn edildiyi gündür”.
araz.az xəbər verir ki, bu sözləri Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulmasını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bunun digər mühüm problemlərin həlli baxımından başlanğıc olduğunu bildirib:
“Sözüm rus kontingentin komandanlığına və onların kuryerlik etdiyi erməni silahlılarına aiddir: sərhəd- keçid məntəqəsinin qurulmasını, qeyri-qanuni fəaliyyətlərinizə adekvat cavab tədbirlərinin başlanğıcı kimi qəbul edin. Bu, hələ jurnaldır, film təzə başlayır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.