Nəşrə görə, Ermənistanın hüquq-mühafizə orqanları “Yerablur” hərbi panteonunda şübhəli davranışına görə həmin şəxsə müraciət edib, bundan sonra onun milliyyətcə erməni olmadığı məlum olub.
“Hərbi Polis əməkdaşlarının dediyinə görə, həmin şəxs ermənicə kifayət qədər yaxşı danışıb, lakin bu zaman “Sparapet” Vazgen Sarkisyanın məzar daşının yanında oturaraq bəzi ritual hərəkətlər edib, qəribə səslər çıxarıb, əllərini qaldırıb aşağı salıb. Panteonun ərazisində növbətçi polislər onun kim olduğunu və panteona hansı məqsədlə gəldiyini öyrənmək üçün nəzarət-buraxılış məntəqəsinə dəvət etmək istəyərkən, fiziki hazırlığı yaxşı olan şəxs müqavimət göstərib. Lakin Hərbi Polis əməkdaşları onu bir neçə nəfərlə birgə nəzarət-buraxılış məntəqəsinə apara biliblər və orada həmin şəxsin azərbaycanlı olduğu məlum olub. Maraqlıdır, azərbaycanlı kişi təhdid edib ki, onu sərbəst buraxsınlar, çünki Azərbaycanda doğulsa da və adı, soyadı, atasının adı azərbaycanlılara aid olsa da, ermənidir, çoxdan Ermənistanda məskunlaşıb və onu buraxmasalar, sonra ciddi problemlər yaşayacaqlar”, – deyə nəşrin mənbəsi bildirib.
Nəşrin Ermənistanın hüquq-mühafizə sisteminə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, belə bir hadisə həqiqətən də baş verib və kişi E.Becanov adlı azərbaycanlıdır.
araz.az xəbər portalı.