Bu gün Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından 136 gün keçir.
araz.az xəbər verir ki, azərbaycanlılar həmişəki kimi, Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.
Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır.
Bu gün saat 08.30-dək sülhməramlıların 29 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
***
Bu gün saat 09.25 radələrində isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid 12 maşında erməni ailələri Xankəndidən Ermənistana yollanıblar.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.