Aprelin 25-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqanı Zahir Əlisoy, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin və Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başqanı Eldar Qaradağlı Milli Məclisin deputatı Fazil Mustafanı ziyarət ediblər.

araz.az    xəbər verir ki, onlar təmsil etdikləri təşkilatların üzvlərinin “keçmiş olsun” diləklərini hörmətli deputata çatdırmış, tezliklə sağlamlığına qovuşmasını arzulayıblar.

Daha sonra BAO-nun təşəbbüsü və təşkilatçılığı ilə yeni yaranan Güney Azərbaycan Koordinasiya Mərkəzi, o cümlədən istər Azərbaycanda, istərsə də regionda baş verən son olaylar, Azərbaycanın Güneyindəki soydaşlarımızın təşkilatlanması və Bütöv Azərbaycanın yaranması istiqamətində görülən və görüləcək işlər kimi məsələlər ətarında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində Azərbaycan Millət vəkili Fazil Mustafa Bakı şəhərində yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən terror hücumuna məruz qalaraq avtomat silahla güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat hazırda evində müalicəsini davam etdirir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.