Bu ilin ilk 2 ayı ərzində Azərbaycan xarici ölkələrdən 34 min 373,44 ton kartof idxal edib.

araz.az    açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kartofun ümumi gömrük dəyəri 9 milyon 706,62 min dollar olub.
Açıqlanan rəqəmlərə istinadən apardığımz hesablama göstərir ki, idxal olunan 1 kiloqram kartofun gömrük dəyəri 48 qəpiyə (28 sent) bərabər olub.
Bu ilin ilk 2 ayında Azərbaycan aşağıdakı ölkələrdən kartof idxal edib:

Ölkələr Miqdarı Gömrük dəyəri 1 kq-ın dəyəri
Belarus 12 262,24 ton 3 831,53 $ 53 qəpik
Rusiya 8 404,19 ton 2 124,83 $ 43 qəpik
İran 6 562,6 ton 1 706,28 $ 44 qəpik
Pakistan 3 635,09 1 131,13 $ 53 qəpik
Türkiyə 2 583,46 675,19 $ 44 qəpik
Gürcüstan 758,12 189,53 $ 43 qəpik
Ukrayna 167,75 48,13 $ 49 qəpik
CƏMİ 34 373,44 9 706,62 $ 48 qəpik

Məlumat üçün qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycandan Rusiyaya 385,31 ton kartof ixrac olunub. Rusiyaya satılan kartofun 1 kiloqramının gömrük dəyəri 82 qəpik olub.
Onu da bildirək ki, Azərbaycanda kartof istehsalı yerli tələbatı ödəmir. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda da qeyd olunurdu ki, yerli tələbatı ödəmək üçün 2015-ci ildə 1,12 milyon ton kartof istehsal olunmalıdır. Lakin, 2015-ci ildə ölkədə cəmi 840 min ton kartof istehsal edilib. 2022-ci ildə 1,07 milyon ton kartof istehsal edilib ki, bu da 2015-ci ildəki hədəfdən belə aşağı olub.
Qeyd edək ki, hazırda daxili bazarda satılan kartofun pərakəndə satış qiyməti 1,4-1,5 manat arasında dəyişir və bu qiymət ölkəyə idxal olunan kartofun gömrük dəyərindən təxminən 3 dəfə bahadır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.