Dünın Ankaranın Çankaya rayonundakı biznes mərkəzində mühafizəçisi tərəfindən güllələnən Ankara Ticarət Palatasının keçmiş sədr müaviniŞ məşhur biznesmen Mehmet Aypəkin qətli ilə bağlı yeni məlumatlar var.
araz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muhsin Yazıcıoğlu küçəsində yerləşən iş mərkəzindəki ofisinə gələrkən Halil Gani Güngör adlı cangüdəni və eyni zamanda sürücüsü tərəfindən güllələnən 73 yaşlı biznesmenin oğlu Faruk Aypek danışıb.
Hadisə ilə bağlı polis idarəsində ifadə verən Faruk Aypək deyib ki, Güngörün atası ilə təxminən 10 ildir bir yerdə işləyib: “Atam bu adama çox güvənirdi. Hətta Ankarada podratçı işləyən S.A. 1,5 il əvvəl atamla ortaq iş görmək istəyirdi. Atam bunu qəbul etdi və başladılar. O, bu işə nəzarət etmək üçün güvəndiyi Halil Qəni Güngörəni təyin elədi. Təxminən 1 ay əvvəl eşitdim ki, bu adam oradakı ortağımızın başına silah dirəyib bir mağazanı özünə ayırdıb. Bundan başqa tikdirdiyi evin bütün materiallarını bizim şirkətlərin adına alıb. Hətta bir qohumdan atamın adını verməklə nisyə bahalı tikinti materialları alıb. Onun fırıldaqlarının üstünü bir ay əvvəl açdıq. Bəlli oldu k, bu adam təxminən 1.5 il ərzində atama 2 milyon lirəyə qədər zərər vurub. Daha dəqiqi, atam adının qalmqallarda hallanmaması üçün onun bu qədər borcunu bağladı. Və bu səbəbdən o, güvənini itirdi. Düşünürəm ki, atamı da şirkətimizdən uzaqlaşdırıldığı üçün vurdu…”
Faruk bildirib ki, qatil ofislərinin yerləşdiyi biznes mərkəzinin ümumi güvənliyində işləyib: “O, artıq bizlə işləmirdi…”.
araz.az xəbər portalı.