Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin həkim-uroloqu Vidadi Mirzəyevin vətəndaşdan rüşvət alması ilə bağlı keçirilən məhkəmə sona çatıb.
araz.az xəbər verir ki, Vidadi Mirzəyev Masallı rayonu, Yeyənkənd kənd sakini Əliqismət Məcidovun atasına əlillik pensiyası düzəltməsi adı ilə ondan 1500 manat pul aldığına görə barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmənin qərarı ilə Vidadi Məmməd oğlu Mirzəyev təqsirli bilinərək iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 4500 manat miqdarında cərimə cəzasına məhkum edilib
araz.az xəbər portalı.
araz.az xəbər portalı.