Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

araz.az-ın  xəbərinə görə, toplantıda deputat Vahid Əhmədovla bağlı məsələ müzakirəyə baxılıb.

İclasın yekun qərarında Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib.

Qeyd edək ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.