“Artıq yeni kitabımı “Qanun” nəşriyyatına təqdim etdim”.

araz.az   bildirir ki, bu barədə millət vəkili Fazil Mustafa özünün Feysbuk hesabında yazıb. O qeyd edib:

“Düşüncələrin yenidən çək- çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı “Dirilən adamın düşüncələri” olacaq. Xəstəxanada və evdə müalicə prosesində işləyib tamamladım. Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq. Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.