1966-cı ildə Zonquldakın Çaycuma rayonunda anadan olan Ersin Akbaşın başına gəlməyən oyun qalmayıb.


araz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, doğulduqdan sonra ona ilk olaraq Ergen Akbaş adı verilib. Lakin bir müddət sonra onun sənədlərində cinsiyyətinin “kişi” deyil, “qadın” yazıldığı fərq edilib.

Bu səbəbdən sənədlərinin dəyişimi üçün müraciət edilib. Lakin sonradan onun müxtəlif dövlət qurumlarında adının fərqli yazılması başına bəlalar açıb.

Məlumata görə, adı müxtəlif vaxtlarda rəsmi qurumlarda “Ersin, Ersün, Ergün, Ergen və Ergin” kimi gedən və 1986-cı ildə “Ersin Akbaş” adı ilə 18 ay hərbi xidmətdə olan Akbaşın elə həmin ili digər adınadaha bir çağırış vərəqəsi gəlib. Lakin onunn artıq hərbi xidmətdə olmasına görə digər çağırış ləğv olunub: “1990-cı ildə Körfəz böhranında başlayan səfərbərlikdə o, bu dəfə “Ersün Akbaş” adıyla 20 gün hərbi xidmət keçib..”.

Məlumata görə, mülki həyatına qayıtdıqdan sonra da onun adı həm vergi, həm sığorta, həm də sosial ödənişlərlə bağlı qurumlarda fərqli adlarda qeydə alınıb.

Bu barədə yerli mətbuata açıqlama verən Akbaş deyib ki, 2007-ci ildə açdığı məhkəməni udub adını “Ersin” kimi qeydiyyata aldırsa da, yenə də başı qalmaqaldan açılmayıb: “Bir müddət sonra ad qarışıqlığı üzündən mıni ad qarışıqlığı üzündən həbs etdilər. 15 gün həbsdə qalandan sonra yanlış adamı tutduqlaırnı dəqiqləşdirib məni azad etdilər. İndi də təqaüdə çıxmaq istəyirəm. Aydın olub ki, vergi, sığorta və sosial ödənişlər bürosunda adın 3 fərqli formada yazılıb. O səbəbdən hazırda güzəştlərədn yararlanaraq pensiyaya da çıxa bilmirəm”.

img img

araz.az xəbər portalı.

araz.az xəbər portalı.