“İxrac İcmalı” tərəfindən 2023-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. 

araz.az    bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.

Bu reytinqdə qeyri-dövlət ixracatçı subyektləri arasında ilk onluqda təmsil olunan şirkətlər bunlardır:

“MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “Baku Steel Company” QSC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Almeyvə” MMC, “Khan-El” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Siyahıda təmsil olunan digər şirkətlər isə bunlardır:

SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “ASK Tütün” MMC.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.