“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hicran Valehov işdən çıxarılıb.
araz.az xəbər verir ki , Hicran Valehov dünən vəzifəsindən azad olunub.
Əldə etdiyimiz digər məlumata görə, Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb. Sədr müavini dünən təm-təraqlı şəkildə yola salınmasına baxmayaraq, vəzifəsinin icrası ilə bağlı hesabat verməli olacaq.
Xəbəri dəqiqləşdirmək üçün “Azərbaycan Dövlət Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Sənubər Nəzərova ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab vermədi.
Qeyd edək ki, 1968-ci ildə anadan olan Hicran Valehov 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.
2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini olub. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.