Azərbaycan böyük dövlətlərə hansı sürprizlər edə bilər?
“Azərbaycan ekofəalları, içtimai aktivistlər, gənc könüllülər Laçın-Xankəndi yolunda 138 gündür davam edən ekoloji aksiyanı dayandırdıqlarını bəyan ediblər. Keçirilən ekoaksiyanın məhz siyasi əhəmiyyəti və nəticələri Azərbaycan dövlətinin, xalqının milli maraqlarını qorumaq üçün ən əlverişli vasitə kimi yumşaq güc nümayişi idi”.
araz.az xəbər verir ki, bunu Laçın-Xankəndi yolunda ekofəalların keçirdikləri aksiyanın dayandırılması ilə bağlı açıqlamasında politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ Müharibəsi qazisi Vüqar DADAŞOV bildirib.
V.Dadaşov vurğulayıb ki, aksiyanın təşkili və belə üsulun tətbiqi həm də Azərbaycanın praktik siyasi nəticə verə biləcək gediş, müdrik və müəyyən müddət perspektivinə hesalanmışdı:
“Azərbaycanın ekofəal gedişi polittexnologiya elminin tətbiqinin, istifadəsinin çox parlaq nümunəsidir. Polittexnoloji gedişlərinin konkret nəticələrə hesablanması çox mürəkkəb və riskli prosesdir. Sonda dəqiq və hesablanmış nəticənin əldə edilməsi həmin dövlətin rəqibləri üzərində faktiki hərbi, siyasi, psixoloji qələbəsidir.
Ekofəal gedişi həm də Azərbaycanda “dərin dövlət” anlayışının formalaşması istqamətində olduqca mühüm ictimai-siyasi prosesdir. Uğurla nəticələnən ekofəal gedişinə görə Azərbaycan dövləti, xalqı haqq etdiyi böyük alqışa layiqdir.
Allah dövlətimizi, xalqımızı qorusun!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.