Goranboya güclü yağışdan sonra sel gəlib.

araz.az    APA-ya istinadən xəbər verir ki, bu gün saat 16 radələrində rayonun Gürzalar, Borsunlu kəndləri sel suların altında qalıb.

Sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkəti tamamı ilə dayanıb. Sel Gürzalar kəndində bir neçə avtomobili aparıb, avtomobillərə ziyan dəyib.

Ümumilikdə sel törədiyi ziyanla bağlı məlumat yoxdur.

Azərbaycanda güclü sel avtomobilləri apardı - FOTO

araz.az xəbər portalı.

 

araz.az xəbər portalı.