Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, vətəndaşlar bunun qanunsuz olduğunu bildirirlər.
araz.az millitribuna.az-a istinadən bildirir ki, ona görə də əlində çeki qalan şəxslər hüquqlarının bərpa olunacağı günü gözləyirlər. Bir sıra hüquqşünas alimlərin çeklərlə bağlı araşdırması və açıqlamaları isə vətəndaşların öz haqqlarını daha yaxşı tanımasına imkan yaradır. Məlumat üçün bildirək ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!
Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!
Xatırladaq ki, yüzminlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət dərc olunub. Müraciətlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik;
Mövzu ilə bağlı Mediasiya Şurasının işçi qrup rəhbəri, vəkil Taleh İbrahimov Xeberaz.org-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən vətəndaşlara verilmişdi:
“Təəssüf ki, o vaxtı özəlləşdirmə idarəolunmaz səviyyədə həyata keçirildi və nəticədə çek sahiblərinin əksəriyyəti vauçerlərdən yararlana bilmədilər. Yaxşı olardı ki, bu gün vətəndaşların hüquqları bərpa olunsun. Çünki vauçerlər vətəndaşların təbii haqqıdır. Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynova görə, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması bazarın qanunauyğunluqlarına əsasən müəyyən oluna bilər:
“Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər. Hesab edirəm ki, ölkəmizdə baş verən yeni iqtisadi və sosial proseslər çərçivəsində özəlləşdirmə siyasətinə də yenidən baxılacaq. Bu fonda özəlləşdirmə çekləri ilə bağlı problem də öz həllini tapa bilər”.
Aktyor Əmrah Dadaşov isə bildirib ki, o vaxtı onların da evində özəlləşdirmə çeklərindən olub:
“İndiki dövrdə özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması arzuolunandır. Nəzərə alaq ki, inflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Bu, onu deməyə əsas verir ki, çeklərin istifadəsinə imkan yaradılması vətəndaşların sosial yaşayışa təsirsiz ötüşməyəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.