“Hazırda ölkəmizdə pivə istehsalı üçün gərəkli keyfiyyətə malik arpa istehsal edən şirkətlərdən biriyik. Artıq 3 ildir ölkəmizə pivəlik arpa idxalı dayanıb. Qürurla deyə bilərik ki, biz buna Ceyrançöl ərazisindəki qeyri-münbit torpaq sahələrimizdə yetişdirdiyimiz arpa hesabına nail olmuşuq”. 

araz.az   xəbər verir ki, bunu “Azərşəkər” MMC İdarə Heyətinin sədr Anar Mehdiyev bildirib.

Mehdiyev əlavə edib ki, əsas hədəflərindən biri ixrac yönümlü məhsul becərməkdir. Bu istiqamətdə artıq ilk böyük addım atılıb. 2019-cu ildə “Carlsberg Azərbaycan” şirkəti ilə birlikdə pivəlik arpa becərilməsi üzərində işə başlanılıb:

“Cari ildən bu istiqamətdəki fəaliyyətimizi daha da genişləndirərək “Azərsun” şirkəti ilə birlikdə İmişli rayonunda “Pivəlik arpa emalı zavodu” layihəsinə başlayırıq. Layihəyə Azərbaycan İnvestisiya Şirkəti də öz dəstəyini göstərir”.

Şirkətin sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatının yeni bir inkişaf mərhələsindən xəbər verən bu zavodun fəaliyyətə başlaması ilə ildə 15 milyon manatlıq idxalın əvəzlənməsinə nail olunacaq: “Bu zavod Cənubi Qafqazda pivəlik arpa və ondan səməni istehsal edən ilk müəssisə olacaq. Bu bizə qürur verir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.