“Boşanmış ailələrdə uşaqların vəziyyəti heç də hər zaman ürəkaçan olmur. Həmin uşaqlar təhsil hüququndan yayınır, bəzən asanlıqla insan alverinin qurbanına çevrilir. Bütün bunlar maddi çətinliklərdən irəli gəlir. Bu mənada Aliment fondunun yaradılması vacibdir”.

araz.az  bildirir ki, bu sözləri e-huquq.az-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, dövlət həmin uşaqların taleyini düşünərək bu istiqamətdə əməli addımlar atmalıdır: “Aliment fondunun yaradılması Milli Məclisin iclaslarında tərəfimizdən dəfələrlə gündəmə gətirilib. Düşünürəm ki, Aliment fondu mütləq yaradılmalıdır. Bəziləri düşünür ki, bu insanları məsuliyyətsizliyə sürükləyəcək və kiminsə əvəzinə dövlət aliment ödəyəcək. Lakin istənilən halda uşaqların taleyi məsələsi çox önəmlidir”

F.Mustafa qeyd edib ki, alimentlə bağlı məsuliyyət yalnız kişilərin üzərinə qoyulmamalıdır: “Bir çox hallarda qadınlarla bağlı da ciddi problemlər olur. Əgər ailə qadının günahı üzərindən dağılırsa, alimentin yükünün kişinin üzərinə qoyulması əsaslı sayıla bilməz. Məhkəmə belə məsələləri mütləq araşdırmalıdır. Əgər hər hansı şəkildə boşanma qadın ucbatından baş verirsə, o zaman kişinin vəziyyəti düşünülməlidir. Kişinin hüququları nəzərə alınmalıdır. Bütövlükdə bu məsələ çox ciddi müzakirə tələb edir. Ümid edirəm ki, ortaq nəticəyə gəldikdən sonra Aliment fondunun yaradılması ilə bağlı müəyyən məsələlərin həlli mümkün olacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.