“Nəhayət, 13 ildən sonra Ali Məhləmənin Plenumu Avropa Məhkəməsinin barəmdə çıxardığı 7 aprel 2022-ci il tarixli son qərarını icra etdi. Tarixdə ilk dəfə 2010-cu ildə Avropa Məhkəməsi mənim dərhal azadlığa buraxılmağım barəsində qərar verdi”.

araz.az xəbər verir ki, bu sözləri Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevsosial şəbəkədəki hesabında yazıb.

O bildirib  ki, o vaxtı presedentsiz qərardan təşvişə düşmüş Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsi ona  qarşı növbəti cinayət törədib: “Yatdığım zaman kameramda əşyalarıma narkotik maddələr yerləşdirdi. Və daha 2.5 müddətinə həbsdə saxlanmağıma nail oldu. Sonradan Avropa Şurası Nazirlər Komitəsinin iki qərarından sonra prezidentin fərmanı ilə azadlığa çıxsam da, hüquqi mübarizəmi davam etdirdim. Avropa Məhkəməsi ikinci işlə də bağlı qərar verdi. Beləliklə, daha bir ittiham da üzərimdən götürüldü!

Avropa Məhkəməsinə və Ali Məhkəmənin yeni sədri İnam Kərimova öz dərin təşəkkürümü bildirirəm!

Haqq-ədalət sonda zəfər çalır!”.

E.Fətullayev daha sonra 2010-cü ildə məhkəmədə dəmirbarmaqlıqlar arasındakı fotosunu da paylaşaraq yazıb: “Bu foto Qaradağ məhkəməsində 2010-cu ildə çəkilib. Heç vaxt ümidimi itirməmişəm, mübarizəni dayandırmamışam!”.

img

araz.az xəbər portalı.