“Bravo” supermaketlər şəbəkəsinə daxil olan mağazaların birində məhsullların vitrin və kassa qiymətlərində fərqliliklər olduğu bildirilir.

araz.az   Yeniavaz.com-a istinadən  xəbər verir ki, bu barədə Sənan Məmmədov adlı Feysbuk istifadəçisi sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, aldığı məhsulun vitrindəki endirimli qiyməti kassada nəzə alınmayıb. Belə ki, vitrində endirimlə 4,29 AZN-ə təklif edilən məhsul üçün kassada 6,29 AZN ödəməli olduğunu deyib.
Müştəri məhsulun vitrindəki qiymətinin və alış-verişdən sonra ona təqdim edilən qəbzin fotosunu da paylaşıb.
O həmçinin qeyd edib ki, mağaza Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsində yerləşir.




 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.