“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən Beynəlxalq Konfrans çərçivəsində Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi arasında görüş keçirilib.

araz.az bildirir ki, bu barədə  AMİP-in Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə xanım Sedderfeltin üzvü olduğu İsveç Moderat partiyası ilə AMİP arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri, regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danşıqlar, Rusiyanın prosseslərə təsiri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

ATƏT Parlament Assambleyasının sədri, həmçinin işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri ilə bağı təəssüratlarını bölüşüb və Avropa İttifaqının danışıqlar prossesində bitərəf vasitəçi kimi fəaliyyəti ilə bağlı mövqeyini qeyd edib.

Görüşdə AMİP sədri Arzuxan Əlizadə, AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov və AMİP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev iştirak ediblər.

araz.az xəbər portalı.

 

 

araz.az xəbər portalı.