Paytaxtın Bibiheybət yolunda yerləşən svetofor obyektindəki nöqsan sürücülərin cərimələnməsinə səbəb olur.
araz.az bildirir ki, bu barədə sürücülərdən biri redaksiyamızın elektron ünvanına məlumat verib.
O bildirir ki, “Socar” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən svetoforun əsas bölməsində yaşıl yanan zaman, əlavə bölməsi sönülü olur: “Əsas bölmədə ox işarəsi olmadığı halda sola döndüyüm üçün polis əməkdaşı mənə cərimə yazıb. Əslində əlavə bölməli svetofor obyektlərinin əsas bölməsində ox işarələri olmalıdır. Bu işarə yoxdursa deməli svetofor ümumi bütün istiqamətlər üçün nəzərdə tutulub. Lakin polis əməkdaşları bunu nəzərə almırlar” – deəyərək sürücü bildirib.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar mövcud nöqsanı aradan qaldıracaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.