• Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara ünvanladığı müraciətlərdən və Moskvadakı son üçtərəfli görüşdən sonra Ermənistan cəmiyyətində müxtəlif bədbin ehtimallar hökm sürməkdədir. “Hraparak” bildirir ki, Türkiyədən 3 km məsafədə yerləşən Yeni Masis icmasının sakini, ictimai fəal Rudik Hovhannisyan bundan çox narahatdır. O, deyib ki, əgər 1988 ci ildə 250 min azərbaycanlı Ermənistandan qovulması idi, ötən 35 ildə onların sayı 2 milyon 500 min, yəni Ermənistanın indiki əhalisindən çox olardı. Nəticədə isə təkcə rayonlarda deyil, İrəvanda da onlar çoxluq təşkil edərdilər.

O, daha sonra deyir: indi “b”planı həyata keçirilir. Müharibədə zəbt etdiklərini etdilər, indi də məskunlaşma adı ilə iş aparılır. Naxçıvanda olduğu kimi …Zəngəzurda, Göyçədə də belə edəcəklər. Dünya isə oturub gözləyir ki, Nikol qonşularla borc və tələb olmaması barədə sənəd imzalasın. Yenidən məskunlaşma Ermənistanın sonu olacaq”.

Erməni fəal bütün bu proseslərin Ərdoğan-Əliyev-Putin razılaşmasının bir nümunəsi olduğunu xüsusi vurğulayıb.

N.Qaramanlı

araz.az xəbər portalı.