Üç aya yaxındır ki, müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda həbs edilib.
araz.az bildirir ki, bu barədə Musavat.com-a açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.
O qeyd edib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib: “Bu gün XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Mən sabah Prezident İlham Əliyevə müraciət hazırlayacağam. Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Perzident bu məsələyə müdaxilə etməsə, inanmıram uşağı oradan xilas etmək mümkün olsun”.
Qeyd edək ki, Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərlinin martın 3-də İranda müəmmalı şəkildə itkin düşmüşdü.
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmən İran tərəfinə müraciət edib.
araz.az xəbər portalı.