Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “MAS” MMC (VÖEN – 5101061641) olub.
araz.az xəbər portalı yeniavaz.com saytına istinadən bildirir ki, tenderin ümumi dəyəri 86 min 234 manat 40 qəpik olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “MAS” MMC Heydər Əliyev Mərkəzində tətbiq olunan elektron idarəetmə proqramlarına il ərzində texniki xidmətlər göstərəcək.
Məlumat üçün bildirək ki, 86 minlik tenderin qalibi olan “MAS” MMC 26.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 34, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Useynov Vidadi Hüseyn oğludur.
Onu da qeyd edək ki, “MAS” MMC-nin adı daha əvvəl “Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi”nin (MEDİA Agentliyi) tərəfindən keçirilən 98 min 700 manatlıq şübhəli tender müsabiqəsində hallanıb.
Aşağıdakı linkə daxil olaraq MEDİA Agentliyinin keçirdiyi şübhəli tender haqqında ətraflı məlumat ala bilərsiniz:
MEDİA Agentliyindən şübhəli tender – 100 min manat kimə verilib?
araz.az xəbər portalı
araz.az xəbər portalı.