Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “Facility Management Group” MMC  (FMG )şirkətinin icraçı direktoru vəzifəsinə İlham Allahverdiyev təyin edilib.

araz.az xəbər portalı marja.az saytına istinadən xəbər verir ki, Şirkətin əvvəlki icraçı direktoru Kamran Məmmədov 3 iyul 2023-cü il tarixindən etibarən “PMD Group” MMC-nin İdarə Heyətinin üzvü, Baş Kommersiya Direktoru vəzifəsinə təyin edilib. FMG şirkətində isə icraçı direktor vəzifəsi İlham Allahverdiyevə həvalə olunub.

İlham Allahverdiyev bundan əvvəl “PMD Group” şirkətində Satış və Marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Rəhbərliyi dövründə şirkət yüksək satış hədəflərinə nail olub. O, daha əvvəlki illərdə isə “Embawood”, “Nar Mobile”, “Yeni Həyat” Şirkətlər Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. Həmçinin, İlham Allahverdiyev Harvard Biznes Məktəbi və Kornell Universitetində satış və maliyyə sahəsi üzrə təhsil alıb.

araz.az xəbər portalı

araz.az xəbər portalı.