“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə saxlanılıb.
araz.az-a daxil olan məlumata görə, birlik sədri bir-neçə Vətən Müharibəsi iştirakçısının şikayəti əsasında istintaqa cəlb edilib. O, qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün ərzində onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.