7 il əvvəl tikilən bağça hələ də istifadəyə verilməyib. Tərtərdə 2016-cı ildə rəsmi açılışı olan bağçanın qapıları illərdir ki, açılmır. Adı uşaqların olsa da, bura bir dəfə də olsa uşaq ayağı dəyməyib.
Tərtər şəhərinin Nizami küçəsində iki mərtəbədən ibarət olan uşaq bağçası illərdir fəaliyyət göstərmir. Sakinlərin sözlərinə görə uşaq bağçasının tikintisinə 2014-cü ildən başlanılıb. 2016-cı ilin dekabr ayında rəsmi açılışı olub. Bildirilib ki, uşaq bağçasında 4 oyun, 4 yataq otağı, akt zalı, kompüter və digər texniki otaqlar var. İki mərtəbədən ibarət olan bağça 100 yerlikdir. Sakinlər bir neçə ildir ki, tikintinin başa çatdığını, ancaq bağçanın istifadəyə verilmədiyini deyirlər. Valideynlər məcbur olub övladlarını başqa bağçalara göndərirlər. Bu da müəyyən çətinliklər yaradır.
Məsələ ilə bağlı Tərtər rayon İcra hakimiyyətindən bildirilib ki, bağça özəl sektora məxsusdur. Bağça pullu olduğu üçün valideynlərin maraq dairəsində olmayıb. Heç kim övladını ödənişli bağçaya qoymadı. Son illər dövlət bağçalarının əsaslı təmir edilib istifadəyə verilməsi sözügedən bağçaya marağı azaldıb. Bu səbəbdən bağça tamamilə istifadəsiz qalıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.