Fransanın “TotalEnergies” şirkəti SOCAR-la əməkdaşlıq çərçivəsində Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağında təbii qaz hasilatına başlayıb.
araz.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Məlumat üçün qeyd edək ki, bu yataqdan gündəlik təxminən 4 milyon kubmetr mavi yanacaq və 12 min barel kondensat hasil ediləcəyi gözlənilir.
Fransanın Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə dəstək verməsi kontektində rəsmi Bakı ilə münasibətlərin kəskinləşməsinə təsadüf edən bu açıqlama maraqlı sualı doğurur: görəsən, rəsmi Bakı Fransanın qərəzli müanasibət və haqsız addımlarına cavab olaraq bu şirkətlə əməkdaşlığı dayandıra bilər?
Bu sualla bağlı müraciət etdiyiimiz politoloq Turan Rzayevin sözlərinə görə, hazırkı şəraitdə dövlətlərarası münasibətlər birşaxəli deyil, çoxşaxəli istiqamətlərdə davam edir: “Bəzən real müharibə şəraiti istisna olmaqla, dövlətlər arasındakı siyasi münasibətlər kəskin xarakter ala bilər. Lakin bu, iqtisadi münasibətlərə təsir etmir. Misal üçün, bizim İranla da siyasi münasibətlərimiz gərgin müstəvidə davam edir. Hətta orada səfirliyimizi qapatmışıq, onların buradakı səfirliyinin bəzi diplomatları ölkədən çıxarılıb. Ancaq buna baxmayaraq, Azərbaycan-İran arasında iqtisadi münasibətlərimiz davam etməkdədir. Hətta bu yaxınlarda iqtisadi sahədə yeni sazişlər də imzalanıb. Oxşar nümunəni İsrail-Türkiyə münasibətlərində də görmək olar. Siyasi gərginlik pik həddinə çatsa da, Ankara ilə Tel-Əviv arasındaki iqtiadi və ticarət dövriyyəsinin həcmi hətta artmışdır.
Yəni, Fransa ilə də belə vəziyyət var. bu ölkənin separtizmə açıq dəstəyi ortadadır. Buna görə Fransa səfiri dəfələrlə XİN-ı çağıırlıb, hətta rəsmi Parisə nota belə verilib. Bəli, qeyd olunduğu kimi, siyasi münasibətlər pis olsa da, bu, iqtisadi əlaqələrə təsir etmir, etməməlidir də”.
Politoloq deyir ki, əgər çox ciddi vəziyyət yaranarsa, yəni, ölkələr arasında müharibə riski yaranarsa, o zaman iqtisadi əlaqləri dayandırmaq olar: “Azərbaycanın xarici iqtisadi əlaqələrinin böyük hissəsi əsasən neft və qaz sahəsinin üzərinə düşür. Ona görə indki məqamda düşünmürəm ki, Fransa ilə siyasi münasibətlərin kəskin olması iqtisadi əlaqələrə kölgə salmalıdır və ya hansısa şirkətlə əməkdaşlıq dayandırılmalıdır. Dediyim kimi, siyasi və iqtisadi münasibətlər bir-birindən tamamilə ayrıdır və bir-birinə qarışdırılmır…”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.