Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən araz.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.
O, dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında orada ölüb.
E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.
Araşdırma aparılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.