24 iyun qiyamından sonra “Vaqner” rəhbəri Yegeni Priqojinlə Rusiya prezidenti Vladimir Putin arasında 3 saatlıq görüş olub.

Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Görüş iyunun 29-da baş tutsa da, bu barədə ancaq iyulun 10-da açıqlama verilib.

Peskov bildirib ki, RF prezidenti Vladimir Putin qiyamdan 5 gün sonra iyunun 29-da Kremldə Priqojinlə keçirilən görüşdə birlik komandirləri də daxil olmaqla 35 nəfər iştirak edib və görüş üç saat davam edib. Peskov bildirib ki, “Vaqner” komandirləri Putinə onun əsgərləri olduqlarını və onun üçün bundan sonra da döyüşməyə hazır olduqlarını deyiblər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.