Rəşad Bayramov: “Yalnız Azərbaycanın yurisdiksiyası tam təmin olunandan sonra biz bu təminatı erməni vətəndaşlarımız üçün həyata keçirə bilərik”
Erməni saytlarının bugünkü əsas xəbəri Ermənistandan Qarabağa qaz nəqlinin bərpasıyla bağlıdır. Təbiidir ki, Ermənistandan Qarabağa qaz nəqli qanunsuzdur. Ermənistan Azərbaycan torpaqlarının işğalının ilk illərində ərazimizə qanunsuz boru xətti çəkib və həmin boru xətti ilə Rusiyadan aldığı qazı Qarabağa nəql edirsə, biz niyə buna icazə verməliyik?
Təbiidir ki, Azərbaycanın şərtlərini qəbul etsələr biz onlara qaz da verərik. Ermənistandan nəql olunan qaz həm də onların separatçı meyllərini stimullaşdırır. Çünki yad ölkədən olan təminata arxayın olub, separatizm meyllərini gücləndirirlər, dirəniş göstərirlər. Ermənistan həm də bununla əsl həqiqəti gizlədir. İş burasındadır ki, hazırda Ermənistanın özündə də qaz qıtlığı yaşanır. Rusiyaya qaz borclarını ödəyə bilmədikıəri üçün verilən qazın həcmi azalıb. Bunun da günahını Axərbaycanın üstünə atmaq istəyirlər.
araz.az bildirir ki, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında deyib ki, bu gün Qarabağda separatçıların əmrləri altında yaşamaq istəməyən kifayət qədər erməni mövcuddur və onlara qalsa, dərhal Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkəmizin qanunları altında həyatlarını davam etməyə hazırdırlar: “Son günlər Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə baş verən və bir-birini tez-tez əvəzləyən hadisələr belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq quldur və separatçı rejimin Ermənistanla əlaqələri tədricən azalır. Düzdür, ara-sıra müəyyən təxribatlar baş verir və həmin təxribatların qarşısını alan da məhz Azərbaycan Silahlı Qüvvələridir.
Antiterror əməliyyatları qapıdadır, qaz və elektrik qıtlığı isə separatçıları dalana söykəyib.
Qarabağda yaşayan ermənilərin növbəti problemləri həm də ondan ibarətdir ki, artıq Ermənistandan Xankəndiyə çəkilmiş qaz xətti də demək olar ki, sıradan çıxıb. Belə ki, həmin kəmərin keçdiyi ərazilərin böyük hissəsi Ordumuz tərəfindən işğaldan azad edilib və bu xətlər də bilavasitə Azərbaycanın nəzarəti altındadır. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturların yaradılması prosesi isə sürətlə həyata keçirilir və bu xüsusda yeni təhlükəsiz, eləcə də dünya standartlarına cavab verən qaz kəməri də çəkilməkdədir. Qaz qıtlığı ilə yanaşı, elektrik enerjisi problemi ilə də qarşı-qarşıya qalan separatçılar isə müharibədən sonra təbii qaza olan təlabatlarını nəinki ödəyə bilmirlər, eyni zamanda bir sıra yaşayış məntəqələrində tamamilə qazsız və işıqsız qalırlar. Ermənistanın hazırda özünü qazla təmin etməyə gücü çatmır. Bu səbəbdən də, bunun günahını bizim üzərimizə atmaqla güya bizim erməniləri blokadada saxlamaq cəhdimizi sübuta yetirmək istəyir. Ancaq bizim də öhdəliyimiz yoxdur ki, Ermənistandan qanunsuz çəkilən qaz kəmərinin daimi fəaliyyətinə zəmanət verək. Təbiidir ki, bizim dövlət kimi öz vətəndaşlarımızı qazla təmin etmək öhdəliyimiz var. Bunu da edə bilərik. Bunun üçün ilk növbədə ermənilər öz vətəndaş öhdəliklərini yerinə yetirməli və bizə doğru gəlməlidir. Yalnız Azərbaycanın yurisdiksiyası tam təmin olunandan sonra biz bu təminatı erməni vətəndaşlarımız üçün həyata keçirə bilərik”.
Məhəmmədəli Qəribli
araz.az xəbər portalı.