Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər 575 milyon insanın həddindən artıq yoxsulluqla mübarizə aparacağını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2030-cu ilə qədər dünyada 575 milyon insanın ifrat yoxsulluqla mübarizə aparacağı, 84 milyon uşağın isə məktəbə gedə bilməyəcəyi proqnozlaşdırılır.

BMT-nin dərc etdiyi hesabatda 2030-cu il İnkişaf Məqsədlərinin həyata keçirilməsində “sıfır aclıq” və riskə diqqət çəkilərək, qarşıya qoyulan 140 hədəfin yalnız 15 faizinin reallaşa bildiyi paylaşılıb.

BMT-nin baş katibi Antonio Quterreş hesabatın ön sözündə xəbərdarlıq edib:

“Əgər indi hərəkətə keçməsək, 2030-cu il gündəmimiz bütün dünya üçün məzar daşı olaraq qalacaq. Bu prosesdə irəliləyişin olmaması bərabərsizliklərin dərinləşməsi və parçalanmış dünya riskinin artması anlamına gələ bilər”.

BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua hesabatın açıqlandığı mətbuat konfransında Ukraynadakı müharibə, iqlim dəyişikliyi, COVID-19 epidemiyasının nəticələri və bu epidemiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı üzərindəki təsirləri, coğrafi gərginlikləri kimi amillərin 2030-cu il İnkişaf Məqsədlərinə çatmaqda əldə edilən irəliləyişləri təhdid etdiyini vurğulayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.