70014 manat vergi borcu olan “TEXNOLOG” MMC iki tenderin qalibi olub.
araz.az 32gun.az-a istinadən xəbər verir ki, sözügedən MMC Baş Şirvan Kollektorunun istismarı idarəsinin “Təmir işləri üçün tikinti materialların satın alınması” ilə bağlı elan etdiyi tenderdə qalib olaraq 107.981,03 AZN-lik müqaviləyə imza atılıb.
Eləcə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalının istismarı idarəsinin Tikinti materiallarının satın alınması tenderində də qalib seçilib və şirətin hesabına 165.220,53 AZN köçrülməli olub.
Bildirək ki, nizamnamə kapitalı 500 AZN olan “Texnolog” MMC-nin qanuni təmsilçisi Orxan Həsənov Hüseyin oğludur.
Zakir Rüstəmov: Samur-Abşeron suvarma sistemi iqtisadiyyatın inkişafında mühüm önəm daşıyır » BakuXeber.info İnformasiya Agentliyi Meliorasiya və Su Təsərrüfatı ASC Samur–Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmovdur. Baş Şirvan Kollektorunun İstismarı idarəsinin rəisi isə Əhmədağa İbrahimovdur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.