Cənubi Qafqazda münaqişənin həlli üçün müxtəlif platformalarda aparılan danışıqlar hələlik nəticə vermir. Buna isə bəzi qüvvələr mane olur. İndi Qarabağda erməni separatçılarını qızışdıranların məqsədi bölgədə sülhə mane olmaqdır. Ermənistanın sözdə Qarabağı Azərbaycanın tərkibində tanıması yetərli deyil. Bunun üçün rəsmi müqavilə olmalı və rəsmi sənədlə dediklərini təsdiq etməlidirlər. Amma iyulun 24-də Nikol Paşinyanın Fransanın “Le Monde” jurnalına müsahibəsindən də görünür ki, Ermənistan tərəfi sadəcə vaxt udmaq siyasəti aparır. Sözdə sülhü dəstəkləyən Paşinyan imkan düşən kimi sülhə əngəl olacaq fikirlərilə danışıqlara zərbə vurmaqla, separatçıların maraqlarına xidmət edir.
Qarabağdakı separatçıların lideri isə gündə bir sərsəm bəyanat verməklə dünya ictimaiyyətinin diqqətini cəlb etmək niyyətindədir. Özünü qondarma qurumun prezidenti elan edən separatçı ünsür indi də aclıq aksiyasına başladığını deyir. BMT-yə müraciət edərək Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq mandat istəyən separatçı qurumun rəhbəri dünyada işğalçı dövlət kimi qəbul edilən bir ölkənin ordusuna sülhməramlı mandat verilməyəcəyini çox yaxşı bilir. Bununla belə o, rusların təkidi ilə hər gün mandat tələbilə beynəlxalq təşkilatlatların zəhləsini tökür.
Ermənistan rəhbərliyini Qarabağı Azərbaycanın tərkib hissəsində tanımasını qınayan baş separatçı həttda Paşinyana bəyanat verərkən diqqətli olmağı tövsiyə edib. Heç bir halda Azərbaycanın tərkibinə qatılmayacaqlarını bəyan edən bu adam humanitar yardımlar üçün Bərdə-Ağdam yolundan istiafdəni heç bir halda qəbul etməyəcəklərini deyib.
Azərbaycanın tələbi isə aydındır. Ermənilər ya Azərbaycanın tərkibində qalıb yaşamalı, ya da ərazimizi tərk etməlidirlər. Çox guman ki, Araik Artunyan və başının dəstəsi ikinci variantı seçəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.